USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu nazirin iki müavini həbs ediləcək, DTX-də dindirilirlər: Adlar açıqlandı - FOTO

12.08.2020 İqtisadiyyat
0 0
Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar.

"Kommersant.az" xəbər verir ki, iki nazir müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci ilin 6 iyulunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilb. Nəticədə XİN-in vəzifəli şəxsləri Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev isə rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Görünən budur ki, proses bütün ciddiyyəti ilə davam edir və cəmiyyət qarşıdakı günlərdə sensasion həbslərin şahidi olacaq.Musavat.com

  • Əvvəlki

    Toylar bu tarixədək olmayacaq - AÇIQLAMA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0