USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanda otellərin fəaliyyətinə icazə verildi

13.08.2020 İqtisadiyyat
0 0
Gürcüstan hökuməti ölkə üzrə 2964 oteldə təftiş aparıb, onların pandemiyadan sonrakı dövrdə fəaliyyət üçün hazırlığını yoxlayıb. Otellərdən 1454–nün fəaliyyətinin bərpa edilməsinə icazə verilib.

Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Əmək Müfəttişliyi Departamentinin rəhbəri Beka Peradze məlumat verib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən ölkədəki otellərin fəaliyyəti mart ayının ortalarından dayandırılıb. Hökumət iyunun 8-də xüsusi yoxlamalardan sonra otellərin fəaliyyətinə icazə verib. Bu qərar fitnes klublara və qapalı üzgüçülük hovuzlarına da şamil edilib. Lakin bu obyektlər xüsusi yoxlamadan sonra fəaliyyətə başlamalıdır.

Bu günədək 297 idman zalında yoxlamalar aparılıb və onlardan yalnız 166-nın fəaliyyətinə icazə verilib. Eyni zamanda, 140 qapalı hovuzdan 91-i fəaliyyətini davam etdirmək üçün lisenziya ala bilib.

Hökumət fəaliyyətinə icazə verilən obyektlərin rəhbərləri qarşısında sosial məsafənin saxlanılması qaydalarına riayət olunması, dezinfeksiya işlərinin aparılması, hərarətin ölçülməsi və digər şərtlər qoyub. Bu qaydalara riayət etməyən obyektlərin sahiblərinə cərimələr tətbiq olunacaq. Belə ki, əvvəlcə onlara xəbərdarlıq ediləcək. Qaydaların təkrar pozulacağı təqdirdə hüquqi şəxslər 10 min, fiziki şəxslər isə 2 min lari məbləğində cərimə olunacaqlar.

  • Əvvəlki

    ABŞ-da inflyasiya proqnoza nisbətən 0,6% səviyyəsində qalıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0