USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Anar Kərimov sabiq Baş prokurorun qardaşını işdən çıxardı - FOTO

13.08.2020 İqtisadiyyat
0 0
Mədəniyyət Nazirliyində kadr dəyişikliyi davam edir.

"Kommersant.az" unikal.org-a istinadən xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov yaş həddinə görə nazirliyin Aparat rəhbəri Fikrət Babayevi öz ərizəsi ilə işdən azad edib.

Qeyd edək ki, Fikrət Babayev sabiq Baş prokuror Murad Babayevin qardaşıdır. O, 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib.

  • Əvvəlki

    "Baku Medical Plaza”da həkimin pulları oğurlandı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0