USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZƏRBAYCANDA MALİYYƏ SEKTORUNUN İŞÇİ BAZASI BİR AYDA 200 NƏFƏR ARTIB

16.06.2018 İqtisadiyyat
0 0
Bu il mayın 1-nə əsasən, Azərbaycanda 24,1 min nəfər maliyyə və sığorta sektorunda işləyib. Muzdla işləyənlərin 4,6 min nəfəri dövlət, 19,5 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.


Dövlət Statistika Komitəsindən "Kommersant"a verilən məlumata görə, statistikaya əsasən, işçilərin sayında əvvəlki ayla müqayisədə 200 nəfər artım qeydə alınıb.

Artımın yarısı dövlət, yarısı özəl sektor hesabına baş verib.

2018-ci il mayın 1-i vəziyyətinə ölkədə cəmi muzdla işləyənlərin sayı 1 538,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,2 min nəfər, qeyri-dövlət sektorunda isə 651,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1 504,6 min nəfər çalışıb.