USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Lukoil” “Hyundai” “neprav” çıxardı - VİDEO

17.08.2020 İqtisadiyyat
0 0
“Ötən gün Lukoil aid yanacaqdoldurma məntəqəsində qarşılaşdığım hadisə haqqında status yazmışdım. Yəni 75 litr tutumu olan yanacaq çənininə 82 litr (təxminən 3litr də çənin içində vardı.) yanacaq vurmuşdular. Böyük marağa səbəb olan bu paylaşıma “Lukoil” şirkətindən də çevik reyaksiya verdilər. Şirkətin əməkdaşı mənə zəng edərək yanacaq çəninin avtomobilin sənədində nəzərdə tutulandan 15-20 faiz artıq tutduğunu bildirdi və bunu sübut edə biləcəklərini dedi. O şərtlə razılaşdıq ki, prosesin nəticəsini ictimailəşdirəcəyik”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov deyib.

"Bu gün Lukoilun əməkdaşları Qəbələ şəhərinə gəldilər. Bu məsələ məşhur usta Sahil Ağabəylinin də marağını cəlb etmişdi və o, da prosesdə şəxsən iştirak etmək istədiyini dedi və prosesi birlikdə izlədik. Avtomobilin çəninin tam doldurduqdan sonra yenidən servisdə çəni tam boşaltdıq. Boşaldılmış yanacağın həcmini xüsusi cihazla ölçdük və doğurdan da çənin təxminən 85 litr yanacaq tutduğu məlum oldu. Nəticə mənim gözlədiyim kimi olmasa da verdiyim sözü və "Lukoil" şirkətinin işgüzar nüfuzunu nəzərə alaraq bu statusu yazmağı özümə borc bildim" – V.Nəsirov qeyd edib.