USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran və Türkiyə arasında aviareyslər bərpa edilir

18.08.2020 İqtisadiyyat
0 0
İran və Türkiyə arasında aviareyslər bərpa edilir.

"Kommersant.az" xəbər verir ki, bu barədə İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib.

O bildirib ki, sentyabrın 1-dən etibarən iki ölkə arasında uçuşlar həyata keçiriləcək. Türkiyədən Tehrana həftədə 21 uçuş, Təbriz və Şiraza isə 4 uçuşun təşkil olunması planlaşdırılıb. Sentyabrın 5-dən isə Türkiyədən daha iki şəhərə - Məşhəd və İsfahana da uçuşlar olacaq.

İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşların həyata keçiriləcəyi bildirilib.