USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hər bir ailəyə 300 manat veriləcək? - AÇIQLAMA

20.08.2020 İqtisadiyyat
0 0
"Hər bir ailəyə 300 manat verilsin".

"Kommersant.az" xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun fikrincə, bu təklif Qurban bayramı ərəfəsində bütün ailələrin sevincinə səbəb olar:

"İyul ayı üçün əhaliyə yardım verilməyib. Avqust ayını da daxil etməklə hər ailəyə heç olmasa 300 manat yardım edilsin. Biz desək ki, gətirilən heyvanlar və əti ucuz satılsın, bu alınmayacaq. Kəndlilər çalışır ki, ildə bir dəfə normal gəlir əldə edib öz problemlərini həll etsin. Onsuz da ildə bir dəfə əldə olunan gəlirdən problem həll etmək mümkün deyil. Yəni, bu bahalıq dövründə onlar da əldə etdikləri qazancla öz ailəsinin sosial durumunu təmin etsinlər. Azərbaycanda ət istehsalı baha başa gəlir. Bunun da səbəbi var, örüş əraziləri əkin sahələrinə verilib, ot qıtlığı yaranıb, otun, yemin qiyməti bahadır. Xaricdən gətirilən heyvanlar da monopoliyadadır, əksəriyyəti yüksək vəzifəli adamlardır. Onların da iştahı böyükdür. Odur ki, əti ucuzlaşdırmaq mümkün olmayacaq".

Ekspert hesab edir ki, bu bayramda dövlət mütləq addım atmalıdır:

"Bu, istehsalı stimullaşdıracaq. Əhalinin durumu çox pisdir. Pandemiya dövründə əhalinin bir hissəsi işə çıxa bilmir. Xüsusi xidmət sahələrində çalışanlar və əhalinin işsiz hissəsinin heç yerdən gəliri yoxdur. Ən yaxşı çıxış yolu hər ailəyə 300 manat yardım etməkdir. Bu da problem deyil. Ölkədə 2 milyon ailə var. Məncə, bu ən yaxşı təklif ola bilər".Qaynarinfo

  • Əvvəlki

    Lukaşenko yeni hökumətin tərkibini təsdiqlədi

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0