Makedoniyanın yeni konstitusion adına dair razılaşma iyunun 17-də imzalanacaq
"Kommersant" xəbər verir ki, "Ria Novosti"nin yaydığı məlumata görə, yeni ad ilə bağla razılaşmanın imzalanma mərasimi Prespa gölü ərazisində baş tutacaq.
Razılaşmanı Yunanıstan xarici işlər naziri Nikos Kotzias və Makedoniyanın xarici işlər naziri Nikolay Dimitrov imzalayacaq. Mərasimdə hər iki ölkənin baş nazirlərinin də iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, Makedoniya Şimali Makedoniya Respublikası adlandırılacaq. Makedoniyanın yeni adının Skopyenin Aİ və NATOüzvlüyünə yol açacağı deyilir.
Adla bağlı iki ölkə arasında 25 ildir davam edən mübahisə Makedoniyanın NATO və Aİ-yə üzv qəbul edilməsinə mane olurdu. Afina qonşu ölkənin adının Yunanıstanın Makedoniya vilayəti ilə dəyişik salınmaması üçün ölkənin adının dəyişdirilməsini tələb edir.