USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident iki İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

20.08.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamla zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılıb.