USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tutulan icra başçısı ilə bağlı qərar verildi

20.08.2020 İqtisadiyyat
0 0
Bu gün Binəqədi rayon məhkəməsində Baş Prokurorluq tərəfindən saxlanılan Kürdəmir rayon icra başçısının müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində istintaqın təqdimatına baxılıb.

"Kommersant.az"ın xəbərinə görə, hakim Fərid Əmirəliyev hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi qərarı verib. Onların hər ikisinin həbs edilərək istintaq təcrixdxanasına etap olunmasına başlanılıb.

Onlar Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.