USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə sektoruna qoyulan investisiyalar artıb

16.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanda 2018-ci ilin yanvar-may ayları ərzində maliyyə sektoruna investisiya qoyuluşu 3,5 mln. manat təşkil edib

"Kommersant"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

Beləliklə, ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun 0,1%-i məhz maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub.

Xatırladaq ki, 2018-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 240,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5% az vəsait yönəldilib.