USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Leysan yağışlar Şəkidə fəsadlar törətdi - FOTOLAR

24.08.2020 İqtisadiyyat
0 0
Leysan yağışlar Şəkidə bir-sıra fəsadlar törədib.

"Kommersant.az" məlumatına görə, avqustun 22-i axşam saatlarından başlayan aramsız yağışlar nəticəsində Şəki şəhərindən axan Qurcana, Kiş çaylarında suyun səviyyəsi bir-neçə dəfə artıb, çaylarda qısa müddət ərazində sel keçib.

Qurcana çayında qısamüddətli sel keçməsi nəticəsində çayın şəhərin 20 Yanvar və Axundzadə prospektlərindən keçən hissəsində ayrı-ayrı yerlərdə 50 metrdən cox istinad divarları dağılıb, bir-neçə iri ğövdəli ağaclar aşıb, işıq dirəkləri, telefon xətləri və qaz mağestralının çay kənarıyla gedən hissəsi sıradan çıxıb.

Cayın yataq hissəsində olan selin sürətini azaldan su tullamaları tamamilə dağılıb. APA