USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZƏRBAYCANDA İNFORMASİYA VƏ RABİTƏ XİDMƏTLƏRİNDƏN GƏLİR ARTIB

16.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 715,9 mln. manatlıq xidmət göstərib.

"Kommersant"ın Dövlət Statistika komitəsinə istinadən verdiyi xəbərə görə, bunun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,3% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,8%-i və ya 349,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.