USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri daha da düşdü

18.06.2018 İqtisadiyyat
0 0
İran, Venesuela və İraq, OPEC və tərəfdaşlarının bu həftə Vyanada keçirəcəyi iclasda, Səudiyyə Ərəbistanı və Rusiyanın dəstəklədiyi istehsalın artırılması təklifini "blok" edəcəklərini bildiriblər.

Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı artırıb-artırmamaq məsələsində digər istehsalçılarla "mübarizəyə" hazırlaşması, Çin və ABŞ-ın xarici ticarət məsələlərində bir-birini təhdid etməsi ilə neft qiymətləri düşür.

"Kommersant" xəbər verir ki, Çin, ABŞ Prezidenti Donald Trampın, Çindən idxala 50 milyard dollar məbləğində əlavə vergi tətbiq etməsinə etiraz olaraq xam neft və benzin daxil müxtəlif ABŞ məhsullarına gömrük vergisi tətbiq edəcəyini bildirib.

Səudiyyə Ərəbistanı və Rusiya, qiymətlərinin yüksəlməsinə səbəb olan istehsalın azaldılması müqaviləsini mərhələli olaraq dayandıracaqlarını bəyan ediblər. Bu açıqlama, May ayının sonlarından bu yana neft qiymətlərinin 10 faiz düşməsinə səbəb olub. Digər tərəfdən, dünyanın ən böyük iki iqtisadiyyatı arasında ticarət müharibəsinin daha da böyüməsi təhdidi mövcuddur.

Analitiklər bildirirlər ki, ABŞ və Çin cavab qaytarmalara davam edərsə, Səudiyyə Ərəbistanı və Rusiya istehsalı artırmağa qərar verərlərsə, qiymətlər daha da aşağı düşəcəkdir.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 2% ucuzlaşaraq bareli 63.82 dollara, Brent nefti 1% də düşərək bareli 72,76 dollara qədər enib