USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sentyabrın 1-dən... - Deputatdan AÇIQLAMA

27.08.2020 İqtisadiyyat
0 0
Azərbaycada koronavirusa görə tədbiq edilən karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur. Lakin müəyyən yumşalmalar edilməklə karantin rejiminin yenidən uzadılması barəsində də fikirlər səsləndirilir. Gələn həftədən başlayaraq rayonlara gediş-gəlişin bərpası gözlənilir.

"Kommersant.az" xəbər verir ki, bu barədə danışan deputat Cavid Osmanov bildirib ki, son günlərin statistikası ümidvericidir:

"30 gün bundan öncəki dövrdən tamamilə fərqli mənzərə ortaya çıxıb. Unutmamalıyq ki, koronavirus hələ də bizimlə yaşamaqdadır. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı da dünyada fövqəladə vəziyyəti 3 ay uzadılması ilə bağlı qərar qəbul edib. Amma bununla yanaşı sentyabrın 1-dən müəyyən yumşalmalar ola bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah son günlərin statistikasını, mövcud pandemiya vəziyyətini və gələcəkdə hansə problemlərlə qarşılaşa biləcəyimizlə bağlı bütün məsələləri analiz etdikdən sonra öz qərarını verəcəkdir".

Cavid Osmanov fikrini belə tamamlayıb: "Düşünürəm ki, müəyyən məhdudiyyətlər və qaydalarla sentyabrın 1-dən rayonlara gediş-gəliş bərpa edilə bilər. Eyni zamanda bu yumşalma iri ticarət mərkəzlərinə şamil edilə bilər. Operativ Qərargah bu məsələ ilə bağlı çox ciddi analiz apardıqdan sonra ən doğru qərarı verəcəkdir".Konkret.az

  • Əvvəlki

    İqtisadçıdan Səfər Mehdiyevə cavab: “Bildikləri cib “qırxmaqdır”, məmurlara dəstək olmaqdır”

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0