USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu baş versə, Çin ölkəmizin sahibi olacaq” - Tramp

27.08.2020 İqtisadiyyat
0 0
ABŞ Prezidenti Donald Tramp Çinin dövlət mediasının və çinli liderlərin noyabrın 3-də keçiriləcək prezident seçkilərində demokrat rəqibi Co Baydenin qalib gəlməyini istədiklərini iddia edib.

Bu iddia ilə o, Tvitterdə çıxış edib:

"Çin dövlət mediası və Çin liderləri Baydenin ABŞ-dakı seçkiləri qazanmasını istəyirlər. Bu baş versə, (ki olmayacaq), Çin ölkəmizin sahibi olacaq".

Baydenin Çinin dəstəyi ilə seçkiləri qazanmasının iqtisadi nəticələrinə də diqqət çəkən Tramp "Hazırda rekord qıran iqtisadiyyatımız tamamilə çökər" deyə xəbərdarlıq da edib.