USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“TikTok”un rəhbəri istefa verdi

27.08.2020 İqtisadiyyat
0 0
Məşhur “TikTok” video xidmətinin icraçı direktoru Kevin Mayer Prezident Donald Trampın tətbiqi qadağan edəcəyi ilə bağlı hədələrindən sonra istefa verdiyini açıqlayıb.

Mayerin istefasına səbəb Trampın "TikTok"la bağlı imzaladığı fərman olub. Belə ki, fərmanda "TikTok" tətbiqinin yaradıcısı "ByteDance" şirkətinin 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması şərt qoyulub. Həmçinin bildirilib ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.

Qeyd edək ki, Kevin Mayer 2020-ci ilin mayında "TikTok"un baş icraçı direktoru təyin olunub. Sənədə əsasən, istefadan sonra hazırkı baş menecer Vanessa Pappas "TikTok"un müvəqqəti icraçı direktoru olacaq.

  • Əvvəlki

    Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır - QAPANMA QƏRARI VERİLDİ

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0