USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakcell"in vəzifəli şəxsi karantin qaydalarını pozub qızına toy etdi - VİDEO

27.08.2020 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi Bakıda daha bir vəzifəli şəxsin toy məclisinə görə bir neçə şəxsi cərimələyib. Onun mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsi olduğu qeyd olunub.

"Kommersant.az" övladına toy edən həmin şəxsin kimliyini öyrənib. Belə ki, toyun yiyəsi "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib.

Toy məclisinin sifarişçisi V. Abdullayeva və əri hər biri 400 manat cərimə olunub.

Restoranın sahibi isə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toyda iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, avqustun 31-dək ölkədə xüsusi karantin rejimi hökm sürür və kütləvi tədbirlərin, toy-nişan mərasimlərinin keçirilməsi qadağandır.

  • Əvvəlki

    Bu gün yeni dərs ilinin başlanması ilə bağlı qərar veriləcək

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0