USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ramiz Mehdiyevə cinayət işi açılmalıdır” - Partiya sədri

27.08.2020 İqtisadiyyat
0 0
“Əslində, toyu sonra da keçirə bilərdilər. Niyəz məhz indi?… Onlar daha çox diqqətli olmadırlar. Çünki, daha çox diqqət mərkəzində olurlar. Bu ilk növbədə İlham Əliyevin iqtidarına ziyandır”

"Kommersant.az" xəbər verir ki, bunu Hurriyyet.org-a Ağ Partiyanın sədri Tural Abbaslı bildirib. O, Ramiz Mehdiyevin bu günə qədər olan siyasi fəaliyyəti araşdırılmalı olduğunu deyib:

"Ramiz Mehdiyevin nəvəsi üçün qeyd etdiyi toy mərasimi yalnız toy mərasimi deyildi, həm də dünənə qədər xidmət etdiyi bu günki iqtidara qarşı güc nümayişi idi. Dolayısıyla, dövlət öz gücünü dostlarına və düşmənlərinə göstərir. İqtidar da adekvat olaraq, Ramiz Mehdiyevin cavabını verdi.

Düşünürəm ki, nə qədər ki, Ramiz Mehdiyev neytrallaşdırılmayıb, bu məsələdə tam cavabını aldı demək olmaz. Çünki, Ramiz Mehdiyev hələ də böyük bir postdadır. Kifayət qədər təsirləri olan bir post sayılır. Ona qarşı mübarizə tam sona kimi davam etdirilməlidir. O, vəzifəsindən uzaqlaşdırılmalı və barəsində cinayət işi açılmalıdır.

Onun bu günə qədər olan siyasi fəaliyyəti araşdırılmalıdır. Kiminsə ağlına gəlməzdi ki, nə vaxtsa "boz kardinalın" kürəkənin qoluna qandal vurulacaq. Onlar üçün hələ bu da azdır. Biz kifayət qədər Ramiz Mehdiyevin kürəkəninin qanunsuz fəaliyyətləriylə bağlı mətbuatda danışmışıq. Onlar haqqında kifayət qədər istintaq materilları var. Düşünürəm ki, hakimiyyət bu məsələyə tez bir zamanda reaksiya verməlidir. Əks təqdirdə bu baş qaldırmalar dövlətçiliyi müsbət istiqamətdə aparmayacaq.

Sözsüz ki, pandemiya dövrü çox həssas bir dövrdür. Xalqın narazılığının və psixoloji gərginliyinin təbii olaraq, daha çox olduğu zamandayıq. Belə bir anda rəhbər elitanın fərdi yaşam tərziylə gündəmə çıxması, cəmiyyətdə iqtidara qarşı əlavə qıcıq yaradır. Əslində, toyu sonra da keçirə bilərdilər. Niyəz məhz indi?… Onlar daha çox diqqətli olmadırlar. Çünki, daha çox diqqət mərkəzində olurlar. Bu ilk növbədə İlham Əliyevin iqtidarına ziyandır".