USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkədə un və çörəyin qiyməti bahalaşır

28.08.2020 İqtisadiyyat
0 0
İngiltərədə son 40 ilin ən pis taxıl biçini mövsümü başa çatdıqdan sonra emal sənayesi sektoru ölkədə un və çörəyin qiymətini artırmağa hazırlaşır.

Məlumata görə, bu barədə BBC News kanalının hazırladığı materialda bildirilir. Məlumata görə, fermerlər ötən mövsüm hava şəraitinin kəskin pisləşməsi səbəbilə ölkədə buğdanın məhsuldarlığının 40 faiz azala biləcəyini proqnozlaşdırırlar.

Nəticədə bəzi un emalı müəssisələri unun qiymətini artıq 10 faiz artırıblar və Brexitin nəticələri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi səbəbilə qiymətlərin daha da bahalaşacağına işarə vururlar.

Mütəxəssislər isə anomal hava şəraitinin növbəti illərdə də davam edəcəyini iddia edirlər.

  • Əvvəlki

    İmtahan nəticələri bu tarixdə - ELAN OLUNACAQ

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0