USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kür çayı 3 aylıq ayrılıqdan sonra Xəzərə qovuşdu

28.08.2020 İqtisadiyyat
0 0
Kür çayında suyun səviyyəsi azaldığından Xəzər dənizinin suyunun 40-50 km məsafə boyu Kürə qarışması nəticəsində aşağı axında yerləşən Neftçala rayonunun əhalisi kəskin su problemi yaşayırdı.

"Kommersant.az" xəbər verir ki, son günlər respublika ərazisinə yağan intensiv yağışlar, Kürə tökülən Türyançay və Göyçay çayından sel keçməsi, bundan başqa, yağışlara görə Kür boyu rayonlarda əkin suyu vuran su nasoslarının dayanması Kür çayında suyun artmasına səbəb olub. Belə ki, artıq Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi 1 metrdən çox, Neftçala rayonunun ərazisində 60-70 sm qalxıb. Bunun nəticəsində Kür çayının suyu bu gün axşam saatlarında çaya dolmuş dəniz suyunu geri itələyərək dənizə tökülüb. Bununla da artıq 3 aydan çoxdur ki, sudan korluq çəkən Neftçala sakinləri Kür suyundan istifadə etməyə başlayıblar.

Xatırladaq ki, bu ilin may ayının sonlarından Kür çayının suyuna dəniz suyu qarışdığına görə şorlaşdığından əkin sahələrinin suvarılması dayandırılmışdı. Mal-qaranın suvarılmasında da ciddi problemlər yaşanırdı. Neftçala rayon əhalisinin istifadəsi üçün içməli su isə hər gün 50 km aralıda yerləşən Salyan rayonundan avtomaşınlarla daşınırdı. Hazırda Neftçala rayonunda analoji problem yaşanmaması üçün "Azərsu" ASC tərəfindən Şirvan-Muğan qrup su kəmərindən qidalanacaq 44 km uzunluqda magistral su xətti də çəkilir. Artıq magistral su kəmərin 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 faizi icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək. /Virtualaz.org

  • Əvvəlki

    Bu günə olan hava proqnozu

Digər xəbərlər