USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Nəvə toyu"nda iştirak edən daha bir deputat istefa verdi

28.08.2020 İqtisadiyyat
0 0
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

"Kommersant.az" xəbər verir ki, B.Əliyev öz istəyi ilə işdən çıxıb.

Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.

B.Əliyev 1997-ci ildən Psixologiya kafedrasının müdiri olub. Hazırda kafedranın müdiri vəzifəsi psixologiya üzrə elmlər doktoru, professor Elnarə Şəfiyevaya həvalə edilib. E.Şəfiyeva 1993-97-ci illərdə BDU-nun psixologiya kafedrasında baş müəllim, 1997-2013-cü illərdə dosent olub və 2013-cü ildən professor vəzifəsində çalışır.

Xatırlatma: Bəxtiyarın Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. Amma o, açıqlamasında yazılanların həqiqətə uyğun olmadığını deyib. (pravda.az)

  • Əvvəlki

    Nazirlər Kabineti məlumat yaydı - DİQQƏT!

Digər xəbərlər