USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xırdalan yolundakı körpü belə sökülür (FOTOLAR)

28.08.2020 İqtisadiyyat
0 0
Bakı-Quba yolunun Xırdalan dairəsi yaxınlığında yerləşən hissəsində mövcud dəmir yolu körpüsünün söküntüsünə start verilib. Bununla əlaqədar olaraq günün müəyyən saatlarında hər bir istiqamət üzrə intensivlik nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, təhlükəsizlik baxımından söküntü işləri körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Köhnə körpünün sökülməsi və əvəzində yeni dəmir yolu körpüsünün inşası işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və zəruri texnika cəlb edilib. Məlumatda həmçinin qeyd olunub ki, söküntü işlərinə paralel olaraq yeni körpünün dayaqlarının inşası istiqamətində də addımlar atılır.

Qeyd edək ki, mövcud dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinə maneə törətdiyi üçün sökülür və əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi planlaşdırılır. Körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

  • Əvvəlki

    “Axı 300 dollar bir çox məmurun heç qalstukunun “zapinkası” da deyil!” - Deputat

Digər xəbərlər