"Məktəbli formaları ilə bağlı bizə hər hansı bir göstəriş olmayıb, amma tikiş işlərinə başlanılıb”.
"Kommersant.az" xəbər verir ki, unu "MediaPost"a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, hazırda məktəbli formalarının hansı ölçüləri yoxdursa, onlar tikilir:
"Bizdə işlər ilboyu dayanmadan gedir. Camaat da gəlir alır. Bu, mövsümi xarakterli bir iş deyil. Satış həmişəki kimi ənənəvi qaydada həyata keçirilir.
Hansı çox və ya az satılacaq bilmirik, amma ölçüləri az qalan formalardan dərhal tikib hazırlayırıq. İndi elə böyük bir satış yoxdur. Hər kəs gözləyirdi ki, məktəblərlə bağlı qərar verilsin, ondan sonra forma alsın".
E.Əliyev formaların qiymətində hər hansı bir dəyişiklik olmadığını söyləyib:
"Ümumiyyətlə, 2017-ci ildən bəri qiymətlər eynidir: