USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Belarus müxalifəti Putinin açıqlamasıyla bağlı bəyanat verdi

28.08.2020 İqtisadiyyat
0 0
Belarus Müxalifətinin Koordinasiya Şurası Belarusda istifadə edilməsi üçün Rusiyada alt bölmələrin yaradılmasını qəbuledilməz hesab edir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Şuranın saytında yayımlanan məlumatda deyilir.

"Koordinasiya Şurası Belarus ərazisində istifadə üçün Rusiya Federasiyası və ya başqa bir dövlət ərazisində silahlı qruplaşmaların yaradılmasını yolverilməz hesab edir", - müxalifətçilər bunun "beynəlxalq hüquqa və Belarus cəmiyyətinin konsolidə edilmiş mövqeyinə zidd olduğunu" vurğulayıblar.

Bəyanatda eyni zamanda "Konstitusiyanın qarantı kimi çıxış etməli olan mövcud prezidentin istəyi ilə Belarusda istifadə edilməsi üçün Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarının əməkdaşlarının ehtiyat qüvvəsinin yaradıldığına" görə təəssüf ifadə edilir. Şura üzvləri xatırladıblar ki, daha əvvəl hazırkı prezident dəfələrlə ölkə işlərinə xarici müdaxilənin yolverilməz olduğunu bildirib.

Bəyanatda deyilir: "Yalnız daxili dialoq siyasi böhrandan çıxmaq üçün həll yolu ola bilər".

Xatırladaq ki, prezident Vladimir Putin Rusiya Federasiyasının Belarusa göndərmək üçün hüquq-mühafizə orqanlarının ehtiyat qüvvələr yaratdığını bildirib.