USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Binə”, “Sədərək” və “mall”lar açılır?

29.08.2020 İqtisadiyyat
0 0
“İri ticarət mərkəzlərin açılması barədə hələ qərar yoxdur”.

"Kommersant.az"-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, gələcəkdə bu məsələyə baxılması istisna deyil: "Epidemioloji vəziyyəti nəzərə alınaraq, mərhələli şəkildə addımlar atılması vacibdir. İri ticarət mərkəzləri barədə məsələ də müzakirə olunaraq, bu barədə müvafiq qərarlar veriləcək".

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq: "Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək".

  • Əvvəlki

    Ələt postundakı rüşvət iddiası ilə bağlı açıqlama

Digər xəbərlər

18.01.2025 İqtisadiyyat
Azərbaycanda Aliment Fondu yaradılacaq
0 0
18.01.2025 İqtisadiyyat
Fed NGFS-dən çıxdığını açıqladı
0 0