Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib.
"Kommersant.az" xarci KİV-ə istinadən xəbər verir ki, bu barədə onu oğlu məlumat verib.
Xatırladaq ki, avqustun 10-da Mukhercinin yeni növ koronavirusa yoluxduğu bildirilmiş və o, xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun komada olduğunu və süni tənəffüs aparatına qoşulduğunu açıqlamışdılar.
Qeyd edək ki, Pranab Mukherci 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. O, müxtəlif illərdə hökumət kabinetində Xarici İşlər naziri, Maliyyə naziri postlarında çalışıb.