USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

04.09.2020 İqtisadiyyat
0 0
Bu gün Gürcüstandan 281 nəfərin Azərbaycana təxliyəsi təşkil olunacaq.

Bu barədə "Report"un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, biri Türkiyə, digəri isə Ukrayna vətəndaşıdır.

Dünən onlar Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı test olunublar. Nəticələrin bu gün açıqlanacağı gözlənilir.

COVID-19 aşkarlanmayan şəxslər isə gün ərzində səfirliyin təşkilatçılığı ilə 5 avtobuslarla Azərbaycanla sərhəddəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaq.

Səfirlikdən qeyd olunub ki, Gürcüstan vətəndaşlarının Azərbaycana növbəti təxliyəsi sentyabrın 8-nə nəzərdə tutulub.