Böyük Britaniyanın GSK və Fransanın “Sanofi” əczaçılıq şirkətləri koronavirus vaksininin kliniki sınaqlarına başladıqlarını elan edib.
"Kommersant.az"-ın məlumatına görə, sınaqlar çərçivəsində ABŞ-ın 11 şəhərində 440 nəfər peyvəndlənəcək.
Şirkətlər sınaqların nəticələrinin dekabr ayınadək məlum olacağını bildirib. Bu nəticələr uğurlu olacağı təqdirdə ilin sonunadək sınaqların növbəti mərhələsi başlayacaq.
Qeyd edək ki, hazırda dünyada 20-yə yaxın şirkət vaksin sınaqlarını keçirir.