USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosu fəaliyyətini bərpa edir - Tarix açıqlandı

04.09.2020 İqtisadiyyat
0 0
Son günlər ölkədə taksi xidmətlərinin vahid tarifə keçirilməsi məsələsi müzakirə edilir. Müzakirələr zamanı ekspertlər ölkədə ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qədər qaldırılacağına dair proqnozlar səsləndirirlər.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu mövzunun gündəmdə olmadığını deyib:

"Bu gün əsas diqqət metronun fəaliyyətinin bərpa edilməsinə yönəlib. Hər kəs kimi biz də qərargahın bu istiqamətdə qəbul edəcəyi qərarları gözləyirik. Amma ictimai nəqliyyatda gediş haqqının qaldırılması məsələlərinə Tarif Şurası baxır. Qurum tərəfindən qiymət artımı haqqında isə heç bir təklif irəli sürülməyib. Ümumiyyətlə qiymət artımı ilə bağlı məsələ gündəmdə deyil".

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 15-dək metronun fəaliyyətinin bərpası ilə bağlı müvafiq qərarın veriləcəyini bildirib.

Eyni zamanda onu da qeyd edək ki, Bakı metrosu sentyabrın 13-ü fəaliyyətə başlayacaq.

  • Əvvəlki

    Ramiz Mehdiyevin yerinə sədr seçiləcək

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0