USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu qadağa da aradan qaldırıldı

04.09.2020 İqtisadiyyat
0 0
“Koronavirusla bağlı ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar bu ilin mart ayının 31-dən etibarən boşanmış valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudiyyətlər qoyulmuşdu”.

"Kommersant.az"-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.

Onun sözlərinə görə, artıq ölkədə koronavirusa yoluxma sayının azalması ilə əlaqədar tədricən karantinin yumşalması həyata keçirilib: "Karantin rejiminə görə tətbiq olunan göstərişin tam və ya qismən aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq hazırdır. Aprel ayında bütün ölkə üzrə sərt karantin rejimi tətbiq edilirdi, hətta bir rayondan başqasına getmək də qadağan idi. Belə olan halda valideynlərə şərait yaratmışdıq ki, övladları ilə virtual görüşsünlər. Kimin evində müvafiq cihaz yox idisə, cihazla təmin olunurdu və övladı ilə ünsiyyətdə olurdu. Artıq müəyyən yumşalmalar, o cümlədən hərəkət məhdudiyyəti aradan qaldırılıb, sərt karantin rejimi yalnız Bakı, Sumqayıt və Abşeronda qalıb. Açıq havada fəaliyyət göstərən iaşə obyektləri də var. Bütün bunlarla əlaqədar təbii ki, həmin valideynlərin uşaqları ilə ünsiyyətdə olmasına şərait yaradırıq. Əslində görüşlə bağlı müəyyən məhdudiyyətlər aradan qalxmışdı, amma ümumilikdə göstərişin aradan qaldırılması üçün tədbir görülür, bu gün-sabah bu, aradan qaldırılacaq".

  • Əvvəlki

    DTX Dövlət Sosial Müdafiə Fondunun filial müdirini həbs edib? - AÇIQLAMA

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0