USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısı naməlum 14 şəhidin məzarı ilə bağlı tapşırıq verdi - FOTO

07.09.2020 İqtisadiyyat
0 0
Bu gün Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

"Kommersant.az" xəbər verir ki, Füzuli rayonunda da vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ötən gün Bala Bəhmənli kənd qəbiristanlığında olub, 1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan naməlum 14 şəhidin məzarının üstünün götürülməsi ilə bağlı müvafiq tapşırıqlarını aidiyyatı üzrə verib və görüləcək işlərin ən qısa zamanda və yüksək səviyyədə yekunlaşmasını tələb edib.

Məlumat üçün bildirək ki, 1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan naməlum 14 şəhidin nəşi məhz o zaman Alı Alıyevin təşkilatçılığı ilə Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilib. Məzarların üstünün o zaman tam götürülməməsinin səbəbi isə şəhidlərin naməlum