Azərbaycanda qanunsuz olaraq meşə sahələrinin qırılması prosesi davam edir.
"Kommersant.az" xəbər verir ki, AzToday.az-a daxil olan məlumatlara görə, meşələrin qırılma prosesində ekologiyanı qorumalı olan şəxslərin iştirak etdiyi iddia olunur. Görüntülərdən məlum olur ki, bəzi meşələrdə isə heç meşəbəyinə də rast gəlinmir. Bu vəziyyət isə tək bir rayonda baş vermir. Bir çox rayonlardan meşələrin qırılması ilə bağlı redaksiyamıza məlumatlar daxil olur.
Lerik rayonunda isə başqa bir maraqlı mənzərə müşahidə olunur. Belə ki, sakinlər Gürdəsər meşəbəyliyinin Razyan adlı meşə sahəsinin qəsdən yandırıldığını bildirirlər: "Meşədə çoxlu qırıntı edəndən sonra meşəmizi yandırdılar"
Sadə kənd camaatı meşələri qıran bu şəxslərlə nə qədər mübarizə aparmağa çalışsalar da, dövlətin qoyduğu qanunları görməzdən gələn vəzifə sahibləri sakinlərlə qeyri-qanuni rəftar edir və qərəzli fikirlər səsləndirməkdə davam edirlər. İndi isə Lerik və Cəlilabad rayonlarında baş verən meşə qırılmalarını sizlərə təqdim edirik: