USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil nazirindən yeni dərs ili bağlı əmr - Dərslərin həftədə neçə dəfə keçiriləcəyi təsdiqləndi

07.09.2020 İqtisadiyyat
0 0
Ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, “Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına uyğun təşkil olunacaq.