USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ləğv olunacaq rayonlarla bağlı - AÇIQLAMA

08.09.2020 İqtisadiyyat
0 0
Gəncədə sovet və müstəqillik dövründə Kəpəz və Nizami rayonları formal icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərib. Şəhərdə ictimai-sosial münasibətlərin idarə edilməsi, tənzimlənmə, vətəndaşlara xidmət, mədəni, mənəvi tədbirlər Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilib.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev bildirib.

Musa Quliyev vurğulayıb ki, bu işlərin icra edilməsində məhsuliyyət hər zaman şəhər icra hakimiyyətinin üzərinə düşüb: "Ona görə də, iki rayonun fəaliyyətinin nə qədər səmərəli olması təhlil edilməlidir. Gəncə şəhəri və respublika səviyyəsində müzakirələr nəticəsində onların fəaliyyətinə qiymət vermək olar. Bizdə Sumqayıt şəhərinin idarə edilməsi təcrübəsi də mövcuddur. Çünki bu şəhər də əhali sayına görə Gəncə kimi böyükdür.

Sumqayıt eyni zamanda böyük sənaye şəhəridir. Bu böyüklüyündə şəhərdə vahid icra mərkəzi mövcuddur. İdarəçilik də qanunvericiliyə uyğun formada mərkəzi icra orqanı tərəfindən təmin edilir".

Millət vəkili bildirib ki, ölkəmizdə hazırda ciddi struktur islahatları həyata keçirilir: "Növbəti mərhələ heç şübhəsiz, rayon və şəhərlərin idarə edilməsi ilə bağlı olacaq. Azərbaycanda 20 ildən artıqdır bələdiyyə inistitutu fəalliyyət göstərir. Artıq bələdiyyələrin ümumi bazası genişlənir. İdarəçilikdə tədricən ağırlıq bələdiyyənin üzərinə keçməkdədir. Bu proseslərin tezləşməsi müstəvisində rayon və kəndlərin idarə edilməsində cavabdehlik yaxın gələcəkdə bələdiyyələr üzərinə keçməlidir".

Bölgəni təmsil edən deputat Kəpəz və Nizami rayonlarının ləğv ediləcəyi təqdirdə yarana biləcək işsizlik məsələsinə də toxunub. Bildirib ki, hər iki rayonda dövlət və qeyri-dövlət sahəsində, xidmət sektorunda çalışan insanların işsiz qalma riski gözə alınmalıdır: "Əgər bu ləğvetmə yaxın zamanlarda ciddi bir zərurərtə çevrilərsə, o insanların işlə təminatı məsələsi həll edilməlidir. Çünki hazırda Gəncədə işsizlik problemi kifayət qədər narahatlıq doğuran məsələdir. Bu regionu təmsil edən millət vəkillərinə və şəhər rəhbəliyinə edilən müraciətləırin çoxu məşğulluqla bağlıdır".

Musa Quliyevin sözlərinə görə, idarəçilikdə təkrarçılığa yol verməmək, operativlik, bürokratiyanın aradan qaldırılması məqsədilə mərkəzdən idarəetmə effektiv olacaq: "Bu rayonların ləğvi şəhər əhalisinin isosial rifah halına, icra orqanlarına əlçatanlığa mənfi təsir göstərməyəcək".

Komitə sədri bu mütərəqqi ideyanın Gəncə şəhəri ilə məhdudlaşmamalı olduğunu da diqqətə çatdırıb : "Bu ideya inkişaf edərsə, artıq regional idarəetmə sisteminə keçməkdə maraqlı bir təcrübə olar.

İdarəetmənin mərkəzləşməsi təcrübəsini mənimsəyib onu genişləndirə bilərik. İstənilən halda bu addımlar ciddi müzakirə edilməlidir. İctimaiyyətin fikri əsas götürülməlidir. İdarəçilik sahəsində təcrübəsi olan ekspertlərin rəyləri qiymətləndirildikdən sonra qərar verilməsi daha düzgün olar".Teleqraf

  • Əvvəlki

    Daha bir qadağa aradan qaldırıldı

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0