USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fitch” 2020-ci il üçün neftin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb

08.09.2020 İqtisadiyyat
0 0
“Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci il üzrə “Brent” markalı neftin bir barel üçün qiymətinin 35 dollardan 41 dollara, WTI markalı neftin bir barel üçün qiymətinin isə 32 dollardan 38 dollara yüksələcəyini proqnozlaşdırıb.

"Kommersant.az" xəbər verir ki, bundan əlavə, ekspertlərin uzunmüddətli proqnozlarına əsasən, "Brent"in qiyməti 55 dollardan 53 dollara, WTI-ın qiyməti isə 52 dollardan 50 dollara enəcək.

2020-ci il üçün qiymətləndirilmənin yaxşılaşdırılması OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması, o cümlədən iqtisadiyyatlarının bərpası ilə əlaqələndirilir. Eyni zamanda uzunmüddətli proqnozun aşağı salınmasının səbəblərindən biri də pandemiyanın böyük neft ehtiyatını yaratması olub.

"Bəzi ölkələrdə xəstələrin sayının artmasına baxmayaraq, təcrid tədbirləri xeyli yumşaldılıb. Biz sərt məhdudiyyətlərin qlobal səviyyədə ikinci dəfə tətbiq ediləcəyini gözləmirik və hesab edirik ki, neftə olan tələbat 2021-ci ildə də davam edəcək" – "Fitch"in ekspertləri qeyd edir.

Agentlik 2021-ci il üçün proqnozunu "Brent" üzrə 45 dollar, WTI üzrə isə 42 dollar səviyyəsində saxlayıb.

  • Əvvəlki

    “AzərGold” istiqraz buraxmağa hazırlaşır

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0