USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentdən generalla bağlı sərəncam - FOTO

08.09.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün general-leytenant Yaşar Əliyevin 60 yaşı tamam olur. O, 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləyib.

2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsini tutub. 2011-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib. 15 May 2020-ci ildə Prezident Aparatının Hərbi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib, həqiqi hərbi xidmətə çağırılaraq rütbəsi general-leytenanta qaldırılıb.

1995-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib. Ailəlidir, bir övladı var.

  • Əvvəlki

    “Yol polisi əməkdaşı deputatların hamısını tanıya bilməz” - Kamran Əliyev

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Yumurta yenidən bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0