USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taksilərlə bağlı - MÜHÜM XƏBƏR

09.09.2020 İqtisadiyyat
0 0
Yaxın günlərdə təqdim olunan yeni taksi konsepsiyası xeyli səs-küyə səbəb oldu. BNA-nın şöbə müdiri Hikmət Babayevin səsləndirdiyi ziddiyətli və sərt fikirlər cəmiyyətdə ajiotaj yaratdı. Vətəndaşlar isə birmənalı şəkildə bu çıxışa öz etirazlarını bildirdilər. Üzərindən çox keçmədi ki, Agentlik açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu və qurumun mövqeyini əks etdirmədiyini bildirərək, şöbə müdirini işindən uzaqlaşdırdı. Bu qərar vətəndaşların etiraz dalğasına bir az sərinlik gətirdi və ara sakitləşdi. Biz isə bu sükutu ehmalca pozaraq, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayevdən məsələnin nə yerdə qaldığını öyrəndik. M.Ağayev News24.az-a açıqlamasında bildirib ki, taksilərlə bağlı konsepsiya sadəcə təklif xarakteri daşıyır: “Bu təkliflər müvafiq dövlət qurumlarına təqdim olunub və ictimaiyyət üçün açıqlanıb. Təkliflərin müzakirəsində təkcə dövlət qurumlarının nümayəndələri yox, eyni zamanda nəqliyyat üzrə tanınan ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri və Azərbaycan Texniki Universitetinin pedaqoji heyəti iştirak edib. Hazırda həm ictimaiyyətdən gələn rəy və təkliflər dəqiqləşdirilir. Bunun üçün ərazidə işlər aparılır. Həm şirkətlərin, həm taksi sürücülərinin, həm sərnişinlərin, həm ictimaiyyətin, həm də taksi xidmətində maraqları olan cəmiyyətin bütün üzvlərinin fikirləri öyrəniləcək”.

BNA sözçüsü vurğulayıb ki, qiymət məsələsi həmin konsepsiyada prinsipial olaraq qoyulmayıb: "Qiymət sadəcə həmin konsepsiyada əksini tapan təkliflərdən biridir. Orada vahid qiymətin olması və ya qiymətin tənzimlənməsi bizim üçün əsas məsələ deyil. Həmçinin, qiymət tənzimlənməsini həyata keçirən orqan da BNA deyil. BNA üçün vacib olan məsələ taksidən istifadə edən sərnişinlərimizin rahatlığının, təhlükəsizliyinin qorunmasıdır. Qiymət amilindən çıxış edib, sərnişinlər üçün çətinliklər yaranacağı deyilsə də, tam əksi olacaq. Taksi xidmətində fəaliyyət göstərən hüuqi və fiziki şəxslərin maraqlarını təmin etmək üçün bu konsepsiyanı irəli sürdük. Bizim məqsədimiz hər üç tərəfin maraqlarını təmin edən qızıl orta məxrəcin tapılmasıdır.

Burada bir manatlıq və ya iki manatlıq taksilərin məhdudlaşdırılmasından söhbət getmir. Yəni bu konsepsiyanın meydana çıxması o demək deyil ki, yalnız şirkətlər fəaliyyət göstərəcək. Məlum konsepsiyada həm fərdi, həm də şirkət taksiləri olacaq. Sadəcə olaraq tərəflərin fəaliyyəti hüquqi çərçivəyə salınacaq. 2019-cu ilin mart ayının üçündə Nazirlər Kabineti tərəfindən taksilərlə bağlı norma və standrtlar tərtib olunub. Konsepsiyanın məqsədi həmin norma və standartların həyata keçirilməsi üçün zəminin formalaşdırmaqdır. Bu konsepsiyanın olması inhisarçılığı aradan qaldıracaq".

  • Əvvəlki

    Ramiz Mehdiyevin hansı vəzifələri qalır? - SİYAHI

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0