USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiya Azərbaycana 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır

09.09.2020 İqtisadiyyat
0 0
Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır.

"Kommersant.az"-ın məlumatına görə, bunu Yaponiyanın Beynəlxalq İnkişaf Şirkətinin vitse-prezidenti Muneçika Tanio deyib.

O bildirib ki, yaponiyalı investorlar Azərbaycanda ötən ildən fəaliyyətə başlayıb: "İlkin investisiyalar məhz tütünçülük sahəsinə qoyulub. Bu sahəyə Yaponiya 40 milyon dollar vəsait yerləşdirməyi planlaşdırır".

M.Tanio əlavə edib ki, gələn ay ərzində Azərbaycana 100-dək yaponiyalı investorun səfəri gözlənilir: "Bu səfərlər çərçivəsində investorlar ölkənin müəyyən regionlarına səfər edəcək və investisiyalar üçün mənfəətli sektorlar barədə ətraflı məlumat əldə edəcəklər".

  • Əvvəlki

    Xəzərə axıdılan çirkli suyun mənşəyi məlum oldu - VİDEO

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0