USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclis tarixində - İLK

09.09.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikası Milli Məclisi satınalmaların həyata keçirilməsi üçün açıq tender elan edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə rəsmi qəzetdə elan dərc olunub.

Tenderlə bağlı həmçinin www.etender.gov.az saytında da məlumat yerləşdirilib. Apardığımız araşdırmalara görə, satınalmaların açıq tender vasitəsilə həyata keçirilməsi Milli Məclis tarixində ilk haldır. Bu, parlament tərəfindən son dövrlərdə həyata keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, son bir neçə ay ərzində parlamentin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması məqsədilə Milli Məclisin Aparatında və İşlər İdarəsində islahatlar reallaşdırılıb.

Bu kontekstdə açıq tender elan edilməsi satınalmaların şəffaf və qanunamüvafiq şəkildə həyata keçirilməsinə xidmət edir.

  • Əvvəlki

    “Kontakt Home”la bağlı qalmaqal böyüyür

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
16.01.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0