ABŞ prezidenti Donald Tramp Kaliforniyada iki polis məmuruna atəş açanlara ölüm cəzası veriləcəyinə vəd edib.
"Kommersant.az" bildirir ki, Donald Tramp bu barədə Twitter hesabında yazıb:
"Yaralı polislər ölsələr, qatil üçün tez bir zamanda məhkəmə olacaq və edam cəzası veriləcək. Bu cəza, cinayətləri dayandırmağın yeganə yoludur".
Xəbər verdiyimiz kimi, ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb, onlar xidmətdə olarkən avtomobilin içərisində güllələniblər.
Zabitlərin vəziyyətinin ağır olduğu bildirilir.APA