USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alimlər elektron siqaretlə xərçəng xəstəliyinin əlaqəsini aşkarladı

14.09.2020 İqtisadiyyat
0 0
Amerika universitetlərinin alimlər qrupu elektron siqaretlərin, o cümlədən veypinqin sinədə və bədənin başqa hissələrində şişlərin inkişafına imkan yaratdığını aşkarlayıblar.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.

Qeyd edilir ki, Yel, Con Hopkins və Prinston universitetlərinin tədqiqatçıları dişi siçanların üzərində testlər aparıblar. Onlardan bəziləri təmiz havada olub, digərləri isə elektron siqaretlərin buxarlarının təsirinə məruz qalıblar.

İki həftə sonra alimlər döş xərçəngi hüceyrələrinə iynələr vurublar. Məlum olub ki, şiş altı həftə ərzində tüstünün təsirinə məruz qalmış siçanlarda demək olar, iki dəfə sürətli böyüyüb.

Bundan başqa, heyvanlarda metastazların inkişafının yüksək riski əmələ gəlib.

  • Əvvəlki

    Bu startap investorlar ilə istehlakçıları aldatmaqda ittiham olunur

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0