Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.
Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində ictimai nəqliyyatın fəaliyyəti
19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;
26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək qadağandır.
Xatırladaq ki, bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti də bərpa edilir.