USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb

21.09.2020 İqtisadiyyat
0 0
"Çernomortransneft" şirkəti magistral neft kəmərləri sisteminin rekonstruksiyası üzrə işlər çərçivəsində Qroznı-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki sahəsinin tikintisini başa çatdırıb.

"Kommersant.az" xəbər verir ki, 1,8 kilometr uzunluğunda sahə Dağıstanın Kizilyurt rayonunun ərazisindən keçir. Sahənin tikintisi altı ay ərzində davam edib.

Bununla belə, Qroznı-Bak magistral neft kəmərinin işi dayandırılmayıb. Neft nəqli planlaşdırılmış cədvələ uyğu həyata keçirilib.