USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması qaydaları dəyişib

22.09.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda dəyişiklik edib.

"Kommersant.az"-ın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilib.

Dəyişikliyə əsasən, artıq müraciətə (ərizəyə) dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmayacaq. Bundan sonra Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici dövlətlərdə verilən təhsil haqqında sənədlərin tanınması sahəsində göstərilən xidmətlərə görə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödəniləcək.

  • Əvvəlki

    Neft kəskin ucuzlaşıb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0