“Ə.Ansuxski adına Balakən konserv zavodu” ASC səhmdarlarının yığıncağı keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, 25 noyabr 2020-ci il saat 17.00-da Balakən şəhəri, R.Səmədov küçəsi 20 nömrəli ünvanda cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Məlumata görə, yığıncaqda 2019-cu ilin maliyyə hesabatı və balansının təsdiqi, maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı,təftiş komissiyasının üzvlərinin yenidən seçilməsi,cəmiyyətin yaranmış kreditor borclarının qaytarılması,müəssisənin ləğvi,digər məsələlər müzakirə ediləcək.