Azərbaycan və Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi açıqlandı
0
0
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 430 mln. 516,8 min dollar olub.
"Kommersant" statistik göstəricilərə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,8% təşkil edib.
Cari ilin ilk beş ayı ərzində Azərbaycan Gürcüstanın Türkiyə və Rusiyadan sonra 3-cü ən böyük ticarət tərəfdaşı olub.
Hesabat dövründə Azərbaycan Gürcüstandan 162 mln. 743.6 min dollarlıq məhsul idxal edib. Azərbaycandan qonşu ölkəyə isə 267 mln. 773,1 min dollar dəyərində məhsul ixrac olunub.
Yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 4 mlrd. 895,6 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 24,5% çoxdur.
Qonşu ölkənin ixracı 28% artaraq 1 mlrd. 284,7 mln. dollar, idxalı isə 23,4% artaraq 3 mlrd. 610,9 mln. dollar təşkil edib.
Digər xəbərlər
20.12.2024
İqtisadiyyat
AMB hüquqi şəxslərin depozitlərinin 1 ayda 1.8 mlrd. manatdan çox azalmasının səbəbini açıqlayıb
0
0