2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 68 milyon geyim istehsal olunub.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisə bu 32% artım deməkdir.
Bununla yanaşı dəri və dəridən məmulatların, ayaqqabı istehsalı 12 milyon olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.3% azalma deməkdir.
Onu da bildirək ki, pandemiyanın yayıldığı bir dönəmdə Türkiyə Azərbaycan arasında geyim satışında artım müşahidə olunub. Belə ki, 2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,28 % artaraq 27,484 milyon dollar təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat yayımlanıb.