Türkmənistan Xalq Şurası Konstitusiyaya dəyişikliklər və əlavələr barədə Konstitusiya qanununu təsdiq edib.
Qanuna əsasən, Türkmənistanda ikipalatalı parlamentin yaradılması nəzərdə tutulur.
Xalq Şurasının iclası ölkə prezidentinin rəhbərliyi altında virtual rejimdə keçirilib.
Ölkədə ikipalatalı parlamentin 2021-ci il yanvarın 1-dən yaradılması planlaşdırılır. Yeni parlament Milli Şura (Milli Gengeş) adlandırılacaq və Xalq Şurası və Məclisdən ibarət olacaq.
Hazırda Türkmənistanın birpalatalı Məclisi 125 deputatdan ibarətdir.