“Koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif kütləvi tədbrilərinin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qoyulan qadağalar davam etməlidir. Biz ümumiyyətlə toy və yas mərasimlərinin keçirilməsinin formatının dəyişdirilməsi istiqamətində ciddi addımlar atmalıyıq”.
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinin sözlərinə görə, ümumiyətlə qapalı məkanlarla bağlı məsələlərə ciddi yanaşmalıyıq. "İnsanlaırn maska taxması məsuliyyəti artırılmalıdır. Təəssüflər olsun ki, biz son vaxtlarda qapalı məkanlarda maskadan istifadənin azalmasını müşahidə etməkdəyik. Bir sıra qapalı müəssisələrdə işçilər maskalardan istifadə etmirlər. Xüsusən də metroların giriş çıxışındakı xırda ticarət obyektlərinin qarşısında toplaşan insanlar maskalardan istifadə etmir"-millət vəkili qeyd edib.
Komitə sədri hesab edir ki, polis qapalı məkanlarda reydləri artırmaqla ciddi şəkildə qaydalara riayət edilməsinə nəzarət etməlidir: "Lazım gələrsə, ictimaiyyətin də nümayəndələri bu prosesə cəlb oluna bilər".Ölkə.az